Bu il buraxılacaq “iPhone” modellərinin qiyməti məlum oldu

Bu il buraxılacaq “iPhone” modellərinin qiyməti məlum oldu
Oxunma sayı: 2262

“Apple” şirkəti 2018-ci ilin payızında üç yeni “iPhone” smartfonu təqdim edəcək. Modellərin əsas fərqi çərçivəsiz “Super Retina” ekranı olacaq. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq “iPhone” modellərinin qiyməti dərc edilib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə “iPhone X” smartfon modelini buraxıb.

Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin rəğbətini qazanıb. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır. İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.

Məşhur analitik Fil Cons satış bazarının “Apple” şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. Belə ki, “IPS” ekranlı 6,1 düym diaqonallı “iPhone” modelinin qiyməti 800-950 dollar, “OLED” displeyli 5,8 düymlük “iPhone”un 950-1100 dollar, “OLED” ekranlı 6,5 düym diaqonallı “iPhone” smartfonunun isə 1100-1250 dollar təşkil edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi