Bu il ən çox onu axtarıblar - Siyahı

bu-il-en-cox-onu-axtariblar
Oxunma sayı: 5137

“Google” şirkəti bu ilin ən çox axtarılan aktyor və musiqiçilərin adlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda aktyorlardan ilk yeri “Fors-major” serialının ulduzu və Britaniya şahzadəsi Harrinin nişanlısı Meqan Markl tutub.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Kevin Speysi və “Möcüzəvi qadın” filmində baş rolun ifaçısı Qal Qadot qərarlaşıb.

Musiqi reytinqində isə ilk yerin sahibi Mançesterdəki konserti zamanı terror aktı törədilən müğənni Ariana Qrande olub.

İkinci yerdə bu il vokalisti Çester Benninqtonu itirən “Linkin Park” qrupu, sonrakı sıralarda isə Ledi Qaqa, Meraya Keri və Ed Şiran yer alıblar.