Bu il həccə 2600 nəfər gedəcək

bu-il-hecce-2600-nefer-gedecek
Oxunma sayı: 651

Həcc ziyarəti üçün nəzərdə tutulmuş reyslər isə oktyabrın 12-dən 18-dək davam edəcək.

Bu il avtobusla Həcc ziyarətinin təşkil edilmədiyini deyən Müqəddəs Payızov Suriyada baş verən iğtişaşlar üzündən insanların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə belə addım atdıqlarını vurğulayıb.

Həcc ziyarəti üçün bu ilə müəyyənləşdirilən məbləğ otellərin qiymətindən asılı olaraq 3090-3850 manat arasında dəyişir. QMİ-nin şöbə müdiri qiymətlərdə müəyyən artımın olmasına baxmayaraq bu il də Müqəddəs Həcc ziyarətini yerinə yetirmək istəyənlərin sayının çoxluq təşkil etdiyini bildirib. "Müraciət edənlər həddindən artıq çoxdur. Növbəti illərdə yola düşmək üçün növbəyə dayananlar var".

Qeyd edək ki, zəvvarların Həcc ziyarətinə yola salınması üçün 14 reys ayrılıb. Zəvvarların müqəddəs Həcc ziyarəti isə 20 gün davam edəcək. Hacı adını qazanan zəvvarlarımızın vətənə dönüşünə isə noyabrın 5-dən 12-kimi olacaq.

Bu il ziyarətə gedə bilməyənlər isə növbəti il Hacı adını qazanmaq imkanları var. Belə ki, bu şəxslər növbəti il Həccə gedənlərin siyahısında birincilərdən olacaqlar.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə yola düşmüşdü.