“Bu il məhsuldarlıq yüksək olub” - Nazir Fermerlər Şurasının iclasına qatıldı

bu-il-mehsuldarliq-yuksek-olub
Oxunma sayı: 1932

Bu gün Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, mərasimdə iştirak edən Kənd təsərrüfatı naziri İnam Kərimov daha sonra Fermerlər Şurasının iclasında iştirak edib.

O bildirib ki, bu kimi mərkəzlərin açılmasında əsas məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir məkandan göstərilməsidir: "Burada fermer və kəndlilərə nazirliyin 68 xidməti təqdim olunur. Adından da göründüyü kimi DAİM fermerlərin qulluğunda olunacaq, şəffaf xidmət göstəriləcək. Həm bu binada, həm də sahələrdə onların yanında olacağıq. Kənd təsərrüfatının göstərdiyi bütün xidmətlər burada göstəriləcək. Bizim fermerlərimiz DAİM-in işi üzrə 

Nazir jurnalistlərə açıqlamasında pambıq yığımına da toxunub. Bildirib ki, bu il məhsuldarlıq yüksək olub:
"Gələn il bundan da yüksək məhsuldarlıq gözləyirik. Bu il 215 min tondan çox pambıq tədarük olunub.  Ötən ilə nisbətən məhsuldarlıq  yüksəkdir. Orta məhsuldarlıq 16 sentnerdən çoxdur. Bunun da əsas səbəbi beynəlxalq təcrübədən yararlanmağımızdır. Gələn  il daha da  yüksək məhsuldarlığın əldə olunması gözlənilir. Bu il 132 min hektar əkilibsə, gələn il 100 min hektar pambıq sahəsinin əkilməsini planlaşdırmışıq. Amma bu şərtlə ki, məhsuldarlıq artırılsın. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır. 

Burda ən vacib şərtlərdən biri  də korperativləşməyə təşviq etməkdir. Artıq ilk korperativləşmə Sabirabad rayonunda təşkil olundu və bunun artırılması gözlənilir". 
Nazir gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə Aqrar İnkişaf könüllüləri layihəsinin başladığını bildirib: "3 ilə 10 minə yaxın könüllünün fəaliyyətə başlaması planlaşdırılıb. Bu aqrar sahəylə bağlı yeni bir könüllü layihəsidir. AMAL da gənc fermerlərə dəstək olmaq məqsədilə açılıb. Bu yaxınlarda icrasına başlanılacaq. Bütün rayonlarda icra olunması planlaşdırılıb". 

Həmçinin bildirilib ki, nazirlik bu yaxınlarda kənddən şəhərə layihəsi fəaliyyətinə başlamaq üzrədir:
"Məqsəd fermerlərin məhsullarının satılmasına, yeni bazarların tapılmasına kömək olmaqdır. Bu satış yarmarkalarının müasir yarmarka konsepsiyası üzərində qurulacaq. Ənənəvi yarmarkalarda seçiləcək. Böyük supermarketlərdə bu devizi altında məhsullar satışa çıxarılacaq. O cümlədən, fermerlərin məhsullarının satışına ən böyük dəstək elektron kənd təsərrüfatı sahəsində keçiriləcək. Çünki bəzi hallarda fermerlər planlaşdırmanı düzgün qura bilmir. Məsələn, bu il sarımsaq baha olur, hamı gələn il onu əkir. Ancaq planlaşdırmaya kömək olunsa, onlar gələn il nəyin əkilməsini yaxşı biləcəklər".

Günel Hacı

Fotolar: Pərvin Zeynal