“Bu ildən etibarən Azərbaycan balanslı siyasətini dayandırmalı olacaq”

bu-ilden-etibaren-azerbaycan-balansli-siyasetini-dayandirmali-olacaq
Oxunma sayı: 646

“Bunlardan ən aktualı isə, Şahdəniz qazının Nabucco vasitəsilə Avropa bazarlarına çatdırılmasıdır. AB bu marşrutu Türkiyə ərazisindən, Rusiyadan yan keçirtməklə Avropa bazarına çıxartmaq istəyir. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyəti doğrudan da çıxılmaz vəziyyətdə düşür. Bu qaz kəmərlərinin divirfaksiyası məsələsi Azərbaycanı çətin bir duruma qoyub. Çünki Azərbaycan tərfinin Rusiyaya yox deyərək qazı Avropaya ötürməsi Rusiyanı ciddi şəkildə narazı salacaq.

Azərbaycan bununla bağlı indiyə qədər balanslı siyasət yeridə bilirdi. Amma bu ildən etibarən Azərbaycan balanslı siyasətini dayandırmalı olacaq. Ya Azərbaycan öz qazını Rusiyaya satmalıdı, ya da ki, qazı Nabucco vasitəsilə Avropaya ötürməlidir.
Nabuccoya razılaşan Azərbaycan Rusiya ilə ciddi bir problem yaşamalı olacaq. Artıq bu, o demək olacaq ki, Azərbaycan Avropaya inteqrasiya yolunu tutur və Rusiyadan imtina edir. Hal-hazırda, xüsusəndə Putinin Avrasiya Birliyi ideyasını ortaya atması, Vahid İqtisadi Məkanın 2012-ilin yanvar ayının 1-dən qüvvəyə minməsi və 1 iyuldan faktiki olaraq fəaliyyətə başlaması, Putinin MDB ölkələrinə çağırış elan etməsi və bütün bunların fonunda Putinin hakimiyyətə gələrək yeni xarici siyasət yeritməsi, Azərbaycanın isə Rusiyadan yan keçərək müstəqil siyasət yeritməsi, istənilən halda, Rusiyanı bərk əsəbləşdirəcək. Bu baxımdan, Azərbaycan çətin vəziyyətə düşəcək. Hesab edirəm ki, bu mübarizədə Avropa Birliyinin lobbiçiliyi qalib gələcək və Azərbaycan öz qazını Nabucco ilə Türkiyə ərazisindən nəql etməli olacaq”.