Bu ilin “Ədəbiyyat adamı” onlar oldular - Fotolar

Bu ilin “Ədəbiyyat adamı” onlar oldular
Oxunma sayı: 1143

Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasımi keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib. Mükafatın qaliblərinin tamamilə subyektiv meyarlar əsasında seçildiyini deyən akademik bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. 

Fondun aparat rəhbəri, şair Qismət Rüstəmov qeyd edib ki, mükafatın hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarların keçirilməsi də planlaşdırılır. Mükafatın məbləği 1000 manatdır.

Sonda mükafatlar təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçılardan Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, şair publisist Mehman Qaraxanoğlu və ədəbiyyatşünas alim Vaqif Yusifli layiq görülüblər.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi