Bu ilin sonunadək 27 məscid tikiləcək

bu-ilin-sonunadek-27-mescid-tikilecek-
Oxunma sayı: 817



SalamNews-un İslam MDB-yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkə Müsəlman idarəsinin yaydığı məlumatda deyilir.

İdarənin Məscid şöbəsinin rəisi Məhəmmədnəzər Kayumovun sözlərinə görə, il sonunadək istifadəyə verilməsi nəzərdə tutulan məscidlərin tikintisinə cari ilin əvvəlindən başlanılıb. Ölkə ərazisindəki 124 məsciddə isə əsaslı təmir işləri gedir.

Mənbənin məlumatında, həmçinin deyilir ki, ötən il ölkədə 12 məscid tikilib, 20-yə yaxın məscidə isə maliyyə yardımı göstərilib. Bu işlər ölkə Müsəlman idarəsinin maliyyə dəstəyi ilə həyata keçirilib. Bu gün idarənin strukturunda 2 min 37 məscid fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda Özbəkistanda 15 dinə xidmət edən 2 min 230-a yaxın müəssisə mövcuddur ki, onlardan 2 min 30-u müsəlmanlar üçün nəzərdə tutulub. Bu da ümumi sayın 92%-ni təşkil edir.