Bu jest ona baha başa gəldi – FOTO

bu-jest-ona-baha-basa-geldi-foto
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nigeriyalı forvard “Dinamo” ilə oyunda rəqib azarkeşlərinə qarşı təhqiramiz jest etdiyi üçün 3 oyundan 5 oyuna kimi diskvalifikasiya ediləcək.

Oyun zamanı “Dinamo” azarkeşləri tərəfindən davamlı olaraq fitə basılan futbolçuya qartopu da atılıb. Nəticədə əsəblərini cilovlaya bilməyən Emenike sözügedən jesti edib: “Azarkeşlər məni çox əsəbiləşdirdi. Məni təhqir etdilər, qartopu atdılar. Etdiyim hərəkətə görə peşmanam”.

Qeyd edək ki, Emenike yayda “Fənərbaxça”ya transfer olunsa da, oyun alqı-satqısı ilə bağlı qalmaqal başlandıqdan sonra “Spartak”a satıldı.

Ceyhun Əhmədov