Bu kadrlar etiraza səbəb oldu- - Video

bu-kadrlar-etiraza-sebeb-oldu-
Oxunma sayı: 10258


Danimarkalılar Polşanın “Eurovision” təqdim etdiyi klipin  açıq-saçıq və pornoqrafik olduğunu bildirərək narazılıq ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagendə  mayın 10-u baş tutacaq “Eurovision” müsabiqəsində iştirak edəcək ölkələr musiqilərini artıq  təqdim etməyə başlayıb. Danimarkalılar Polşanın təqdim etdiyi klipin  çox açıq-saçıq və pornoqrafik olduğunu bildirib.

  “Eurovision”a “My Slowianie” adlı mahnı ilə qatılan Polşa qrupunun klipində böyük sinəli qadınlar dekolteli milli geyimlərlə çörək bişirir, kərə yağı hazırlayır,  paltar yuyurlar. Eyni zamanda “Donatan & Cleo” tərəfindən ifa edilən musiqiyə çəkilən klipdə kamera yaxın çəkiliş edərək qadınların sinələrini göstərir. BBC Televiziyasının əməkdaşları da klipdəki qadınların müasir kölə kimi açıq-aşkar rol aldıqları qeyd ediblər.