Bu kənddə yol yoxdur - Gözəlliyi ilə heyran edir + Fotolar

bu-kendde-yol-yoxdur
Oxunma sayı: 7475

Hollandiyada Overiysel əyalətindəki Githorn kəndi gözəlliyi ilə dünyada məşhur olan yerlərdən biridir.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir, paytaxt Amsterdamla 90 km məsafədə yerləşən bu kənd 13-cü əsrdə qurulub.

Avtomobil yolu olmayan Githornda bir yerdən digərinə kiçik kanallar vasitəsilə getmək mümkündür. Kanalları bir-birinə bağlayan irili-xırdalı 180 ədəd körpü mövcuddur.

Nağıllar aləminə bənzəyə kəndin 2600 nəfərə yaxın əhalisi var. Bura ən çox çinli turistlərin ziyarət məkanlarından biridir. Belə ki, hər il Çindən 150-200 minə turist bu kəndə səfər edir.

Githorn iyul-avqust aylarında musiqi festivallarına ev sahibliyi edir.