Bu kəndlərə içməli su verildi

bu-kendlere-icmeli-su-verildi
Oxunma sayı: 1402

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına Oğuz rayonunda icra olunan layihələr yekunlaşıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, müqəddəs Ramazan ayında rayonun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub. Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün  34 ədəd bulaq quraşdırılıb. Yeni layihənin icrasından Astraxanovka, Vladimirovka və Qarabulaq kəndinin 2000-dək sakini faydalanacaq.  Artıq Astarxanovka və  Vladimirovka kəndlərinə içməli su verilib, Qarabulaq kəndinə isə suyun verilməsi iyun ayının birinci ongünlüyündə təmin olunacaq.

2018-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonu ilə yanaşı, Xızı, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində içməli su layihəsi həyata keçiriləcək. Bu layihələrdən 15 min nəfər kənd sakini faydalanacaq.