Bu kitab 238 minə satıldı - Foto

bu-kitab-238-mine-satildi
Oxunma sayı: 2109

“Harri Potter” kitabının ilk nəşri auksionda satışa çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  satışı Bonhams evi təşkil edib.

Məlumata əsasən, “Harri Potter və fəlsəfi daş”ın 1997-ci il nəşri gözləniləndən 3 dəfə baha -140 min dollara (təxminən 238 min manat) satılıb. Buna səbəb yazıçı Coanna Roulinqin kitabı imzalaması olub.

Britaniyalı yazıçının bestseller olmuş “Harri Potter” adlı 7 kitabı çıxıb. Kitablar ümumilikdə 450 milyon tirajla çap 79 dildə çap edilib. Onların əsasında Harri Potterin macəralarını əks etdirən 8 film çəkilib.