Bu klipdən çox danışılacaq - Video

bu-klipden-cox-danisilacaq-video
Oxunma sayı: 666

Media mənsublarının çoxluq təşkil etdiyi tanıtım gecəsində sayseçmə sənət adamları da iştirak edirdilər. Qeyd edək ki, tədbirə qatılmış tanınmışlar sırasında xalq şairi Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudbəyov, bəstəkar Faiq Şücəddinov, xalq artisti Faiq Ağayev və teleaparıcı Afaq Gəncəli də var idi.

Jurnalistlərə açıqlamasında Lətifə təqdim etdiyi ekran işinin bəzi məqamlarından da danışıb: “İlk əvvəl rejissor Anar Hüseynov və onun peşəkar komandasına təşəkkür edirəm ki, yüksək səviyyədə klip ərsəyə gətirdilər.

Əsas çəkilişləri Dövlət Filarmoniyası və Bakının Fatmayi kəndində yerləşən meşədə baş tutan klip üzərində ümumilikdə 60 nəfər yaradıcı heyət çalışdı. Bu klipi mini film də adlandırmaq olar.

Süjet xətti elədir ki, tamaşa edən hər kəs mütləq öz həyatından hansısa ştrixi göz önündə canlandıracaq. İnsanın üzünə gülüb, onu yıxmağa çalışan bəzi dostlar əsas hədəf seçilib.

Bütün hadisələr mahnının sözlərinə uyğun cərəyan edir. Şüar olaraq da “Bəzən tutduğun əldir səni arxadan vuran” ifadəsindən yararlanmışıq. Klipdə əsas qəhrəmanı özüm oynamışam. Dost cərgəsində gördüklərimin mənə qarşı oynamasını şahmat löhvəsində bütünləşdirmişik.

Real həyatımızda belələrinə qalib gəlmək mümkünsüz olduğu üçün məğlubiyyətimlə barışıram. Azyaşlı qızın qəhrəman kimi seçilməsi də təsadüf deyil. O da böyükdükcə xasiyyətində mənfiləri cəm edib, mübarizə apardıqlarım sırasına keçir. Vurğulamaq istəyirəm ki, klipdə baş verənlərin şəxsi həyatımla heç bağlılığı yoxdur”.

Onu da deyək ki, aranjmanını Yaşar Baxışın etdiyi “Hədəf”də Lətifə modelyer Renat Ramazanovun tikdiyi geyimlərdə kameralar qarşısına keçib. “Make-up” isə Aylaya məxsusdur. Klipin baş operatoru Rza Əsgərovdur.