Bu klub hamının başına oyun açır

bu-klub-haminin-basina-oyun-acir
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” öz meydanında “Karabüksporu qəbul edib və 2-2 hesabı ilə bərabərə qalıb. Beləliklə, “Karabükspor” Türkiyədə ən güclü 4 klub sayılan “Qalatasaray”, “Fənərbaxça” , “Trabzonspor” və indi də “Beşiktaş” dan xal almağı bacarıb.

Halbuki, “Beşiktaş” hesabda 2-0 öndə olub və bu azmış kimi rəqib 10 nəfərlə mübarizə aparıb. Onu da qeyd edək ki, bu görüşdə “qara qartal”ın heyətində Roberto Hilbert, Vəli Kavlak və Tomas Sivok cəzalı olduqlarından komandalarına kömək edə bilməyiblər. “Karabükspor”un qurbanı olan “Beşiktaş” liderə çatmaq baxımından çox vacib 2 xal itirib. “Qalatasaray”ın bu gün qələbə qazanması xalının 39 deməkdir ki, bu da “Beşiktaş”la 7 aralarında 7 xallıq fərq yaradacaq.

İqbal