“Bu konserti verməyə heç kimin hünəri çatmaz”

bu-konserti-vermeye-hec-kimin-huneri-catmaz
Oxunma sayı: 1613

Əməkdar artist Elza Seyidcahan 28 aprel tarixində baş tutacaq konserti ilə bağlı iddialı açıqlama verib.  “Qafqazinfo”nun məlumatına görə, bəstəkar-müğənni  qeyd edib ki, Heydər Əliyev Sarayında keçirəcəyi gecə dünya səviyyəsində təşkil olunur:
 

“Belə bir konsert heç bir müğənninin nə işi, nə də hünəri deyil. Heç kimdə belə bir şey yoxdur, ola da bilməz. Bunu tək bizim müğənnilərimizə yox, dünyadakı bütün müğənnilərə şamil edirəm.  Rəqs müəllimim mənə deyir ki, sizə məətəl qalmışam. Nə qədər müğənni ilə işləmişəm. Amma heç kimdə ritm, bu cür “slux” yoxdur. Bunlar bu günə qədər necə oxuyublar. Bu, elə-belə konsert deyil.

Mən bunu tək öz müğənnilərimiz üçün demirəm. Dünya arenasına baxsaq, konseptual müğənni, artist olmaq başqa şeydi. Bunu təkəbbürdən, qürrələnərək yox, şükürlə deyirəm. Hər müğənninin özünə görə stili var. Bu da insanın öz yaradıcılığa bağlıdır. İnşallah ki, konsert bütün bunlar görünəcək. Məşqlərimiz də öz axarı ilə gedir”.