Bu körpü Rekordlar Kitabına düşdü

bu-korpu-rekordlar-kitabina-dusdu
Oxunma sayı: 3128

Çinin Yunnan və Quycou vilayətlərini birləşdirən avtomagistral üzərindəki “Beypancian” körpüsü Ginnesin Rekordlar Kitabına düşüb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabı Beypan çayının səthindən 565,4 metr yüksəklikdə yerləşən körpünü dünyanın ən hündür körpüsü olaraq tanıyıb. 

Uzunluğu 1341 metr olan körpü Çinin Xancou şəhərindən Myanma ilə sərhədə qədər uzanan 2935 kilometrlik avtomagistralın üzərində yerləşir. 2013-2016-cı illərdə inşa olunan körpü bölgənin iqtisadi-sosial inkişafına da müsbət təsir göstərir. Belə ki, körpü sayəsində ətrafdakı dağlıq ərazidə yerləşən yaşayış məntəqələrinə yüklərin daşınmasında mövcud olan çətinliklər aradan qaldırılıb.