Bu küçələrdə təmir işləri aparılır

bu-kucelerde-temir-isleri-aparilir
Oxunma sayı: 805

Xətai rayonunun 2 əsas küçəsi yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq Neapol və Səməd bəy Mehmandarov küçələrində yenidənqurma işlərinə start verilib.

Aparılan işlər çərçivəsində Neapol küçəsinin köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. 
Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır.