Bu lampalara zərərlidir

bu-lampalara-zererlidir
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Stouni-Brukdakı Nyu-York ştatı Universitetinin tədqiqatçıları enerjiyə qənaət edən lampaların və adi lampaların şüalarının insan dərisinin hüceyrələrinə təsirini müqayisə etməyi qərara alıblar. Bunun üçün onlar eksperiment keçirib, hər iki tip lampanın şüalarının bu hüceyrələrə təsirini öyrəniblər.

Nəticədə aydın olub ki, enerjiyə qənaət edən lampalar daha çox ultrabənövşəyi şüa buraxırlar ki, bu şüalar da dərinin hüceyrələrinə ziyan vura, uzun müddət intensiv şüalanma zamanı isə hətta xərçəngə gətirib çıxara bilər. Adi lampa ilə şüalandırılan hüceyrələr sağlam qaldığı halda, enerjiyə qənaət edən lampaların şüalarına məruz qalan hüceyrələr ciddi şəkildə zədələnib.