Bu “Limuzin” Putin üçün hazırlanır – Fotolar+Video

bu-limuzin-putin-ucun-hazirlanir-fotolarvideo
Oxunma sayı: 737

“Qafqazinfo”nun “Forbes”ə istinadən verdiyi məlumata görə, Rusiyanın yerli avtomobil sənayesi Putin üçün “Limuzin” istehsal edib.

Kreml məmurlarının 2004-cü ildən Rusiyada yerli “Limuzin” istehsalını həyata keçirmək ideyası axır ki, öz praktiki bəhrəsini verib. “Depo-Zil” Qapalı Səhmdar cəmiyyəti bu ilin aprel ayında “ZiL 4112P” avtomobilini nümayişə hazırlayıb. 5 milyon investisiya qoyulan maşın birinci dəfə oktyabr ayında sənaye və ticarət naziri Denis Manturiva, noyabr ayında isə müdafiə nazirinin katibi Anatoli Serdyukova nümayiş etdirilib. Hər iki rəsmi şəxs maşından razı qalıblar.

Məlumata görə, bu maşın məhz Putin üçün istehsal olunub. O, “NTV” kanalında çıxışı zamanı bildirib ki, dövlətin birinci şəxsləri üçün nəzərdə tutulmuş yeni yerli “Limuzin” avtomobilinin hazırlığı artıq yekunlaşır.