Bu marşrutun yolu dəyişdi

bu-marsrutun-yolu-deyisdi
Oxunma sayı: 2067

7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. “Qafqazinfo” BNA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

Qeyd edək ki, əvvəl bu marşrut xəttinin ilk dayanacağı Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi, son dayanacaq nöqtəsi isə “Əhmədli” metro stansiyası idi. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.