Bu maşından cəmi bir dənədir- - Foto

bu-masindan-cemi-bir-denedir-
Oxunma sayı: 2542


“Qafqazinfo” 4charx.com-a istinadən bildirir ki, avtomobil fərdi sifariş əsasında Special Project Division bölməsi tərəfindən hazırlanıb. Altı il bundan əvvəl Cenevrə avtosalonunda nümayiş etdirilmiş LifeCar konseptindən ilham alan və adının çəkilməsini istəməyən hansısa biznesmen onun özünün də istəkləri nəzərə alınmaqla belə bir avtomoblə sahib olmaq arzusunu bildirib. Nəticədə əl ilə yeganə nüsxədə yığılmış retro dizaynlı, fərdi tərtibata sahib və özəl komplektasiyada kupe meydana çıxıb.

Sifarişçinin arzusu ilə avtomobilin karkası ağacdan (qırmızı Afrika bubinqi ilə göyrüş ağaclarının qarışığı), kuzovu alüminiumdan, şassisi isə poladdandır. Xrom dekor elementləri və alüminium təkər diskləri kuzovun parlaq qırmızı rəngini solğun göstərir. Salon müştərinin sifarişi ilə anilin dəri ilə işlənib, burada iri taxta sükan, metal taxmalar, cihaz panelinə dəri qayışlarla bərkidilmiş Apple iPad planşeti quraşdırılıb. Morgan SP1 3,7 litrlik Ford istehsalı benzin mühərriki ilə təchiz edilib. Avtomobilin dinamik göstəriciləri açıqlanmayıb.