Bu medal ilk dəfə Putinə verildi - Fotolar

bu-medal-ilk-defe-putine-verildi
Oxunma sayı: 3953

Rusiya prezidenti Valdimir Putin 18-ci Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsində iştirak etmək məqsədilə Çinə səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin səfər çərçivəsində Çin prezidenti Si Cinpinlə görüşüb.

Pekində baş tutan görüşdə iki lider beynəlxalq arenada əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirə aparıblar. Qlobal vəziyyətin hansı formada dəyişməsindən asılı olmayaraq bu iki ölkənin bir-birinin maraqlarını dəstəkləmələri istiqamətində fikir mübadiləsi aparılıb.

Putin Çinlə ticarət, investisiya, energetika sahələrində əməkdaşlığı gücləndirmək istədiyini dilə gətirib.

Görüşün sonunda Si Cinpin Çinin dünya ölkələri ilə əlaqələrində faydalı əməkdaşlığında oynadığı rola görə Putinə “Dostluq” medalı verib. Bu, Çinin başqa ölkə prezidentlərinə verdiyi ilk medal olub.