Bu məscidlərə qaz verilməyəcək- - Açıqlama

bu-mescidlere-qaz-verilmeyecek-
Oxunma sayı: 1290


“Qafqazinfo” xəbər verir ki,bunu aznews.az-a “Azəriqaz” ASC-nin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı İbrahim Kərbalayev deyib. O, bildirib ki, bu ilin noyabr ayının 1-də qeyri-əhali sektoru üzrə 259 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb. Onun sözlərinə görə, 2013-cü il ərzində məbəd və ziyarət yerlərinin istifadə etdikləri qazın orta illik sərfiyyatı 1953 kubmetr olmasına baxamayaraq hal-hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5000 kubmetr limit tətbiq olunması qərara alınıb. 

ASC rəsmisi onu da bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub:

“Gələcəkdə təbii qazdan istifadə etmək üçün Azəriqaz İstehsalat Birliyinə müraciət edən İslam Dini təyinatlı ibadət, digər konvensiyalara məxsus ziyarət yerlərinə öz vəsaitləri hesabına layihə smeta səbədləri əsasında qaz xətləri çəkilib, sayğac quraşdırıldıqdan və müvafiq qeydiyyatdan keçməsi ilə bağlı sənədlər təqdim etdikdən sonra nəzərdə tutulmuş limit tətbiq olunacaq. Bunu da qeyd edək ki, 1 noyabr 2014-cü ildə qeyri-əhali sektoru üzrə 259 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb”-deyə İbrahim Kərbalayev bildirib.