“Bu məsələlər ciddi narazılıq doğururdu”

bu-meseleler-ciddi-naraziliq-dogururdu
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, bu barədə yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı məlumat verib. M.İbrahimqızı bildirib ki, artıq sənəd üzərində iş başa çatıb. Onun sözlərinə görə, qanun layihəsində xeyli dəyişiklik edilib. Başlıca dəyişiklik isə ilk müzakirələrdə deputatlar tərəfindən etirazla qarşılanan «surroqat ana» və s. bağlı məsələlərdir: “Müzakirələrdə bu məsələlər ciddi narazılıq doğururdu. Təbii ki, milli mentalitetimiz və ailə adətlərimiz bütün bunları nəzərə almağı zəruri edir”.

Millət vəkili yenidən işlənilən qanun layihəsinə ana və uşaq sağlamlığı ilə bağlı yeni məsələlərin salındığını da qeyd edib.