“Bu məsələnin daha çox müzakirə olması bizim istəyimizdir”

bu-meselenin-daha-cox-muzakire-olmasi-bizim-isteyimizdir
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. Sədr müavini bildirib ki, bu təhlükənin aradan qaldırılması üçün real addımlar atılmalıdır: “Azərbaycan tərəfinin apardığı siyasət nəticəsində artıq bir çoxları anlamağa başlayıblar ki, status-kvonun qalması çox ziyanlı bir prosesdir və mövcud durum dəyişdirilməlidir”.

ATƏT-in XİN Şurasının 18-ci Toplantısında həmsədr ölkələrin xarici işləri nazirlərinin bununla bağlı mövqelərinə münasibət bildirən Bahar Muradova bunu münaqişənin həllində əhəmiyyətli mərhələ kimi qiymətləndirib: “Doğrudur, prosesin yekun mərhələyə qədəm qoyduğunu və konkret dönüş anı olduğunu demək olmaz. Amma bu məsələnin daha çox müzakirə predmeti olması ilk növbədə, bizim istəyimizdir. Çünki nə qədər çox müzakirələr olacaqsa, bir o qədər həqiqətlər meydana çıxacaq”.

Fatimə Kərimli