Bu meşələrin girişinə şlaqbaumlar quraşdırıldı

bu-meselerin-girisine-slaqbaumlar-qurasdirildi
Oxunma sayı: 4078

Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. 

Qeyd edək ki, bu tədbirlər respublikanın digər meşə ərazilərində də davam etdirilir.