Bu məşhurların övladları da ilk dərsə getdi - Fotolar

bu-meshurlarin-ovladlari-da-ilk-derse-getdi
Oxunma sayı: 11008

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan şou-biznesinin tanınmış simalarının övladları da yeni dərs ilinə start veriblər. Onlar arasında ilk dəfə məktəbə gedənlər də var. 

Bəstəkar-müğənni Murad Arif instaqram səhifəsinə övladları ilə video paylaşaraq tətilin bitdiyini,valideynlərin sevindiyini qeyd edib. 

Rəqqasə Rəna Ağamuradova da (Renka) sosial şəbəkədə övladları ilə foto paylaşaraq maraqlı şərh yazıb:

“Dərs ili başladı, elə bil dünən uşaqları birinci sinifə aparmışıq. Vaxt uçur, bir də ayılacağıq ki, uşaqlar universitetə qəbul olublar. Birinci sinfə gedəndə Murad əlimi buraxmırdı. İndi 7-də oxuyur, özünü böyük hiss edir. Məktəbə tək getmək istəyir. Amma mən öyrəşmişəm, elə bilirəm hələ də uşaqdır və həmişə belə olacaq. Uşaqlar niyə belə tez böyüyür?”

Digər rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn də ilk dərsə gedənlər sırasındadır.  Fatimə övladının fotosunu instaqramda yayaraq bütün valideynləri təbrik edib. 

Müğənni-bəstəkar Hacı Nazim Məmmədov övladını ilk dəfə məktəbə aparan tanınmışlardandır. O, sosial şəbəkədə qeyd edib ki, qızı Fatimə 11 illik bir həyat məktəbinə qədəm qoyur:

“Ağıllı qızım bu gündən 11 illik bir həyat məktəbinə qədəm qoyur. İnanıram və ümid edirəm ki, Fatimə Azərbaycanımız üçün dəyərli insanlardan olacaq”. 

 Aktrisa-model Nərgiz Əliyeva isə sosial şəbəkədə qızı Jasminlə şəklini yayaraq övladının artıq 4-cü sinfə getdiyini bildirib. 

Əməkdar artist Mehriban Xanlarova da instaqramda video paylaşaraq Bilik günü münasibəti ilə hər kəsi təbrik edib.  Görüntülərdə aktrisanın nəvələri də yer alıb. 

Tanınmış aparıcı Yusif Ağayev da sosial şəbəkədə nəvəsi Bayramın məktəbə getdiyini vurğulayıb. O, nəvəsinin ona əlaçı olacağı barədə söz verdiyini bildirib.  

Müğənni Bahar Lətifqızı da qızı Sevginin Bilik günü təbrikini sosial şəbəkədə paylaşıb. Məni ana olmağa layiq görən qızım artıq 3-cü sinfə gedir. Allah zehin açıqlığı versin” – deyə Bahar bildirib. 

Müğənni Yaşar Yusub da sosial şəbəkədə oğlu ilə fotosunu paylaşaraq övladının birinci sinifə getidiyni bildirib.

Məşhur aparıcılar- Zaur və Günay Baxşəliyevlərin qızı Dilavər də ilk dəfə məktəbə gedən şagirdlərdəndir. Onlar qızları ilə fotolar paylaşaraq bütün valideynləri təbrik ediblər. 

Müğənni Emin Bədəlov qızı Səadətin ilk dəfə dərsə getdiyini qeyd edib. O, bütün şagirdlərə uğurlar arzu edib.