Bu müğənni internetdə ən təhlükəli şəxs elan edilib - Fotolar

bu-mugenni-internetde-en-tehlukeli-sexs-elan-edilib
Oxunma sayı: 4012

“McAfee” şirkətinin kibertəhlükə üzrə mütəxəssisləri internetdə ən təhlükəli şəxsin adını açıqlayıblar.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu şəxs 2013-cü ildən bəri yeni albom təqdim etməyən kanadalı müğənni Avril Lavindir.

Belə ki, onun adı ilə bağlı külli miqdarda zərərli kontent var. “McAfee” mütəxəssislərinin analizləri nəticəsində məlum olub ki, məhz bu müğənninin adı ilə bağlı kontentlərə hakerlər daha çox zərərli proqram təminatları yerləşdirirlər. Beləliklə, Avril Lavin internetin ən zərərli kontentini yayan şəxs hesab edilir.

Onun pulsuz MP3-lərinə edilmiş sorğularda axtarış sistemləri 22%-lik ehtimal ilə istifadəçiləri viruslu saytlara yönləndirir. Onun musiqilərinə qulaq asmaq əvəzinə, fotolarına baxan şəxslərin isə bu cür saytlara yönləndirilməsi ehtimalı 14,5% təşkil edir.