Bu muzeyə Türkiyədən musiqi alətləri hədiyyə olundu

bu-muzeye-turkiyeden-musiqi-aletleri-hediyye-olundu
Oxunma sayı: 778

Martın 15-də Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunmuş Türkiyənin musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın muzey şəbəkəsində xüsusi yer tutan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqisi haqqında əyani təsəvvür yaratdığını bildirib.

Bu gün Azərbaycan mədəniyyətinin inkişaf dövrünü yaşadığını qeyd edən nazir martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün ictimaiyyət tərəfindən olduqca maraqla qarşılandığını deyib: “Həmin görüşdə Azərbaycanda musiqi alətləri kolleksiyasının yaradılması təklifi irəli sürüldü. Bugünkü tədbir də bu baxımdan çox əhəmiyyətlidir”.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı ilə davam edib.