Bu obyektlər satışa çıxarıldı

Bu obyektlər satışa çıxarıldı
Oxunma sayı: 772

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı satışa çıxarılacaq. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri var. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi