Bu oğlan Avropalı oldu - Fotolar

bu-oglan-avropali-oldu-fotolar-
Oxunma sayı: 653

Aktyorun yeni imici ətrafda olanları və bizi əməlli başlı heyrətləndirib. Görünüşcə italyanları xatırladan Fərda öncə fotolarının çəkilməsini istəməsə də sonra fikrindən daşınaraq maraqlı açıqlama da verib. O, bildirib ki, imicini dəyişib və bundan sonra bu görkəmdə olacaq: “Əslində, bu imic rol geyimi olsa da sonra ətrafımdakı həmkarlarımın, adi insanların rəyini görüb belə görünmək fikrinə düşdüm. Heç kimə oxşamaq fikrində deyiləm. Şou-biznesdə belə görünüşdə ilk dəfə mən görünmüşəm. Saqqala gəlincə, bu sırf yeni çəkildiyim baş rolunu oynadığım “Ögəy Ata” kinokomediyası ilə bağlıdır. Onu da deyim ki, “Ögəy Ata” filimində yaratdığım obraz bundan öncə oynadığım film obrazları olan “Toy” kinosunda, Daşdəmir, “İnterpapa”da Məqsəd, “Niyə” kinokamediyasında Asiman rolarından 3 dəfə artıq səs–küy gətirəcək və seviləcək. Bir də geyimim çox xoşuma gəlib, bu cür çox görünəcəyəm. Bu imicə görə təəccüblənən insanlara isə demək istəyirəm ki, Eurovisionu qəbul edən bir Avropa ölkəsi üçün bu çox normal bir imicdir”.

Aynur Babayeva