Bu ölkə ilk dəfə transgenderlərin Məkkə ziyarətinə izn verdi

bu-olke-ilk-defe-transgenderlerin-mekke-ziyaretine-izn-verdi
Oxunma sayı: 2949

Pakistanlı transgenderlər ilk dəfə olaraq Səudiyyə Ərəbistanına həcc ziyarətinə yollana biləcəklər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar fiziki hazırlıq və yoxlamalara əsaslanan müsabiqə yolu ilə seçiləcəklər.

Qeyd edək ki, Hindistan, Banqladeş və Pakistanda “hicra” adlanan toxunulmazlar kastası mövcuddur. Buraya “üçüncü cinsin” nümayəndələri –transgenderlər daxil edilirlər. Hicralar qadın kimi geyinir, özlərini qadın kimi aparırlar.