Bu ölkə Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıdı

bu-olke-qudsu-resmi-olaraq-israilin-paytaxti-kimi-tanidi
Oxunma sayı: 1766

Avstraliya baş naziri Skott Morrison ölkəsinin Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıdığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, baş nazir, həmçinin, bildirib ki, Avstraliya hökuməti Qüdsdə ticari və müdafiə nümayəndəliyini açmaq niyyətindədir. Onun sözlərinə görə, ölkəsi hələ ki, öz səfirliyini Qüdsə köçürmür, lakin nümayəndəlik üçün uyğun yer axtarışındadır. 

Bununla da, Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ, Qvatemala, Çexiya, Braziliya və Honduras kimi ölkələrin cərgəsinə qoşulmuş oldu.