Bu ölkə Şimali Koreya vətəndaşlarına kredit verməyəcək - Növbəti sanksiya

bu-olke-simali-koreya-vetendaslarina-kredit-vermeyecek
Oxunma sayı: 1105

Çin Mərkəzi Bankı digər banklara da səslənərək Şimali Koreyadan olan müştərilərə maliyyə xidmətini dayandırmağa çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bank bu ölkənin vətəndaşlarına açılmış kreditləri bağlamaları və yenilərinin verilməməsini tələb edib.

Verilən göstərişə əməl etməyən bankların iqtisadi itkilərə məruz qalacağı riskinin olduğu bildirilir.

Qeyd edək ki, Ş.Koreyada bir neçə balistik nüvə raketini sınaqdan keçirdiyi üçün bir çox dövlət tərəfindən sanksiyalar tətbiq edilib.