Bu ölkə Trampa qarşı qalxdı

bu-olke-trampa-qarsi-qalxdi
Oxunma sayı: 1794

Filippində ABŞ prezidenti Donald Trampın bu ölkəyə gözlənilən səfəri ilə əlaqədar etiraz aksiyaları başlayıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp noyabrın 12-14-də Filippində olacaq, həmçinin Şərqi Asiya sammitində iştirak edəcək. 

Yerli KİV-in məlumatına görə, ötən gün 350-yə yaxın nümayişçi Manilada Amerika səfirliyinə soxulmağa çalışıb. Lakin polis etirazçıların qarşısını ala bilib. Nümayişçilər antiamerika şüarları səsləndiriblər və “Trampa qadağa” plakatları qaldırıblar. 

Onlar noyabrın 13-də səfirlik və sammitin əsas tədbirinin keçiriləcəyi mərkəzin qarşısında etiraz aksiyaları təşkil etməyi planlaşdırıblar. 

ABŞ prezidenti noyabrın əvvəllərindən Asiya ölkələrinə çox günlük səfərə start verib. Daha əvvəl o, Yaponiya, Cənubi Koreya və Çində səfərdə olub. Noyabrın 10-da isə Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammitində iştirak etmək üçün Vyetnama gedib.