Bu ölkə yarıavtomat və hücum tüfənglərini qadağan etdi

bu-olke-yariavtomat-ve-hucum-tufenglerini-qadagan-etdi
Oxunma sayı: 1038

Yeni Zelandiya hökuməti hücum və yarıavtomatik tüfənglərin satışına qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin baş naziri Casinda Ardern bəyanat verib. 

Baş nazir bu qərarı məsciddə baş verən terror aktından sonra qəbul etdiklərini vurğulayıb. 

Arderin sözlərinə görə, qadağa martın 15-də törədilən terror zamanı istifadə edilən bütün yarıavtomat silahlarına şamil ediləcək.