Bu ölkədə 3 həftədə 50 nəfər qripdən ölüb

Bu ölkədə 3 həftədə 50 nəfər qripdən ölüb
Oxunma sayı: 766

Son üç həftədə Çexiyada qrip epidemiyasından 50 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Tibb İnstitutu məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, xəstəliyi ən ağır keçirənlər daha çox yaşlı insanlardır. Bu səbəbdən də ölən 50 nəfərdən 43-ü 60 yaşdan yuxarı insanlar olub. 
Çexiyada ümumilikdə qripdən xəstələnənlərin sayı hər 100 min vətəndaşa 1,95 min insan düşür. 

Əksər klinikalarda xəstələrlə görüş qadağan edilib. Həkimlər epidemiyanın daha bir neçə həftə davam edəcəyini proqnozlaşdırır. 

Qeyd edilir ki, ötən ilin müvafiq dövründə ölkədə qrip epidemiyası təxminən səkkiz həftə davam etmiş və 114 nəfər ölmüşdü. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi