Bu ölkədə 6 ayda 10,8 milyard avro “yandırılıb”

bu-olkede-6-ayda-108-milyard-avro-yandirilib
Oxunma sayı: 1865

Almaniya Federal Statistika Ofisi ölkədə ilin ilk yarısında istifadə edilən tütün məmulatları ilə bağlı rəqəmləri açıqlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, almanlar ilin ilk 6 ayında siqaretə 10,8 milyard avro (təxminən 21,6 milyard manat) xərcləyiblər.

Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir. Xərclənən pulun artması siqaret qiymətlərinin bahalaşması ilə əlaqədar olub.

Qeyd edək ki, hazırda Almaniyada siqaret qiymətləri 6-8 avro (12-16 manat) aralığında dəyişir.