Bu ölkədə “Allah” sözünü ancaq müsəlmanlar işlədə bilər

bu-olkede-allah-sozunu-ancaq-muselmanlar-islede-biler-
Oxunma sayı: 1081


Kulis.azın “The Malay Mail” qəzetinə istinadən verdiyi məlumata görə kollegiyada dörd hakim qərarın lehinə, üç hakim isə əleyhinə səs verib.

Xatırladaq ki, 2007-ci ildə Daxili İşlər Nazirliyi “The Herald” katolik qəzetinin səhifələrində “Allah” sözünün istifadəsinə qadağan qoyub. Bundan sonra qəzet məhkəməyə müraciət edib.

2009-cu ildə Ali Məhkəmə DİN –in qərarını ləğv edib. Amma ötən il Apelyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib. Onların fikrincə, bu sözün xristian  dini ilə əlaqəsi yoxdur. Və onun müəyyən kontekstlərdə işlənməsi müsəlmanları yoldan çıxararaq xristianlığa sövq edə bilər.

Malayziya əhalisinin 60 faizi müsəlman, 10 faizi xristiandır.