Bu ölkədə dünyanın “ən humanist” həbsxanası açıldı

bu-olkede-dunyanin-en-humanist-hebsxanasi-acildi
Oxunma sayı: 2160

Danimarkada dünyanın ən humanist həbsxanası tikilib. “Qafqazinfo” xəbər verir ki, Daily Mail yazır ki, bu həbsxananı universitet kampusu ilə səhv salmaq olar. 

Belə ki, hər kamera soyuducu, televizor, skaf, böyük pəncərə, rahat çarpayı, yazı stolu və şəxsi hamamla təchiz edilib. 

Bir kameranın sahəsi dörd kvadrat metrdir. Həbsxanada, həmçinin geniş zallar, məhkumların özlərinə yemək bişirə biləcəkləri mətbəx, kilsə, idman zalı, bağ, hətta əkin sahəsi də var. 

250 nəfərin yerləşə biləcəyi həbsxanaya 160 milyon dollar xərclənib.