Bu ölkədə hər on dəqiqədə 1 nəfər içkidən zəhərlənir - Ölü sayı 84 oldu

bu-olkede-her-on-deqiqede-1-nefer-ickiden-zeherlenir
Oxunma sayı: 2482

Hindistanda saxta içkidən ölənlərin sayı durmadan artır.

“Qafqazinfo” xəbər verir ki, ölkənin şimal-şərqindəki Assam əyalətində saxta alkoqollu içkidən dünyasını dəyişənlərin sayı 84-ə çatıb. Azı 200 nəfərin xəstəxanada müalicə aldığı bildirilir. 

Assamın səhiyyə naziri bildirib ki, hər 10 dəqiqədə bir nəfər saxta içkidən zəhərlənir. Xəstəxanadakıların çoxunun vəziyyəti isə kritikdir. 

Qeyd edək ki, iki həftə əvvəl ölkədə saxta içkidən 100-dən çox insan ölmüşdü.