Bu ölkədə “iPhone” satışı qadağan edilə bilər

bu-olkede-iphone-satisi-qadagan-edile-biler
Oxunma sayı: 1719

Cənubi Koreyada iPhoneiPad cihazlarının satışı qadağan edilə bilər. Apple şirkəti patent hüququnu pozmaqda şübhəli bilinir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna məxsus olan patentdən qeyri-qanuni istifadə halı ilə bağlı təhqiqata başlayıb.

Məlumata görə, məsələ mikroprosessorların yaradılması üçün texnologiya ilə bağlıdır. Həmin texnologiya “iPhone” və “iPad2 cihazlarının son modellərinin istehsalında istifadə olunub.

Patentdən qeyri-qanuni istifadə faktı sübut edilsə, o zaman Cənubi Koreyada “iPhone X”, “iPhone 8” və “8 Plus”, həmçinin “iPad Pro” qurğularının satışı qadağan ediləcək.