Bu ölkədə marixuanadan istifadə leqallaşdı

bu-olkede-marixuanadan-istifade-leqallasdi
Oxunma sayı: 5270

Kanadada marixuana leqallaşıb.

“Qafqazinfo” “CBC” kanalına istinadən xəbər verir ki, Senatda müzakirəyə çıxarılan məsələ 52 parlamentari tərəfindən təsdiqlənib. Marixuananın leqallaşdırılmasının əleyhinə 29 nəfər səs verib, 2 nəfər isə bitərəf qalıb. Sözügedən qanun layihəsini parlamentdə irəli sürən Senator Toni Din səsverməni tarixi hadisə adlandırıb. Onun fikrincə, 90 illik qadağa bitir və bu, hökümət tərəfindən atılmış cəsarətli addımdır. 

Qanun layihəsini baş nazir Castin Трudo təsdiq etdikdən sonra leqallaşmanın dəqiq tarixini Nazirlər Kabineti müəyyənləşdirəcək. Bu prosesin 8-12 həftə sonra baş tutacağı gözlənilir. 

Aysel Kərimova