Bu ölkədə meyitlər hələ də gəzdirilir

bu-olkede-meyitler-hele-de-gezdirilir
Oxunma sayı: 2108

“National Geographic” kanalı instaqram hesabından çəkiliş zamanı ortaya çıxan qeyri-adi kadrları paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, fotolar içərisində ən çox marağa səbəb olan isə İndoneziyalı bir şəxsin anasının meyitini qəbirdən çıxardıb əli ilə havaya qaldırması olub.

Fotodan məlum olur ki, hələ də İndoneziyada meyitləri məzarlarından çıxardıb gəzdirmə adəti yaşayır.

Qeyd edək ki, bu ölkənin Sulavesi adasında yaşayan bəzi tayfalar ölülərini şərəfləndirmək üçün onları uzun müddət evlərinin içərisində saxlayırlar.

Böyük marağa səbəb olan sözügedən fotonu təqdim edirik.

Ülviyyə