Bu ölkədə polisə şərt qoyuldu - Arıqlamasalar, işlərini itirəcəklər

Bu ölkədə polisə şərt qoyuldu
Oxunma sayı: 1968

Hindistanın Karnataka əyalətində kök polislərə arıqlamaq şərti qoyulub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Karnataka bölgə polis rəisi Bhaskar Rao son zamanlar artıq çəkilər səbəbindən 100-dən çox polisin ölümündən sonra belə bir qərar aldıqlarını deyib.Əyalətdə 14 min polisin olduğunu deyən Rao "İşçilərimiz təhlükəsizliyi təmin etməklə yanaşı, zorakılıq əleyhinə əməliyyatlarda da iştirak edirlər. Bu səbəbdən kök olanların müəyyən edilməsi və davamlı pəhriz, idman proqramı vasitəsilə onların arıqlamasını tövsiyə etdik" söyləyib.

Rao bildirib ki, arıqlamaqla bağlı qaydalara əməl etməyən polislərin müqaviləsinin dondurulması və işdən kənarlaşdırılması cəzası nəzərdə tutulub.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi