Bu ölkədə qadınlar da əsgər gedəcək

bu-olkede-qadinlar-da-esger-gedecek
Oxunma sayı: 2079

Səudiyyə Ərəbistanı ikinci dəfə qadınlara əsgər olmaq üçün imkan yaradıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərbi xidmət üçün yalnız Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Asir, Əl-Baha, Əl-Şərqiyyə kimi şəhərlərdən olan qadınlar müraciət edə bilərlər.

Elektron formada aparılan qeydiyyat cümə axşamına qədər davam edəcək.

Qeyd edək ki, bu qərar vəliəhd Məhəmməd bin Salmanın qadınlarla bağlı islahat proqramına daxildir. 

Ülviyyə