Bu ölkədə şagirdlərə oruc tutmaq qadağan oluna bilər

bu-olkede-sagirdlere-oruc-tutmaq-qadagan-oluna-biler
Oxunma sayı: 1911

Avstriyada məktəblərdə oruc tutmanın qadağa olunması gündəmə gəlib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, ölkədə koalisiya hökumətinin əksər hissəsini təmsil edən Xalq Partiyasının baş katibi Karl Nehammer bildirib ki, oruc tutan şagirdlərin orqanizmi zəiflədiyi üçün dərsləri yaxşı izləyə bilmirlər: “Bəzi müəllim və ekspertlər uşaqların oruc tutduğu üçün fiziki güclərini itirdiklərini və bu səbəbdən dərslərə diqqətlə yanaşa bilmədikləri ilə bağlı raport veriblər.

Din azadlığı Avstriya üçün yüksək bir dəyərdir‚ hər cür dini adət-ənənəyə hörmətlə yanaşılır. Lakin dini rituallar‚ bu hansı din olur-olsun‚ uşaqların sağlığına zərər verirsə‚ demək ki‚ çox irəli gedib. Oruc tutmaq uşaqları gücsüzləşdirərək onların dərslərini oxumasına maneə yaradır. Şagirdlərə oruc tutmağın qadağan olmasını istəyirəm”.

Murad Əhməd