Bu ölkədə “Skype”ın qadağası ləğv edilir

bu-olkede-skypein-qadagasi-legv-edilir
Oxunma sayı: 1586

Səudiyyə Ərəbistanı 20 sentyabr tarixində səsli və videorabitə (IP telefoniya) üçün proqramlardan istifadəyə qoyulmuş qadağanı ləğv edəcək.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının telekommunikasiya naziri Abdulla Ben Əmer əl-Savaxa deyib.

O bildirib ki, sözügedən proqramlara qarşı bir sıra tələblər irəli sürüləcək. Tələblər hələlik açıqlanmayıb.

Məlumat verək ki, “Skype” servisi 1 il bundan əvvələdək Səudiyyə Ərəbistanında geniş istifadə edilib.