Bu ölkədə son 5 gündə onuncu partlayış oldu

bu-olkede-son-5-gunde-onuncu-partlayis-oldu
Oxunma sayı: 760

Şri-Lankanın paytaxtı Kolombadan 40 km uzaqlıqda güclü partlayış baş verib.

“Qafqazinfo”nun “news 1st” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin nümayəndəsi Ruvana Qunaskear bildirib.

Partlayış Puqoda rayonunda qeydə alınıb. 

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Bu, ölkədə son beş gündə baş verən onuncu partlayışdır.

Xatırladaq ki, aprelin 21-də Kolomboda yerləşən bahalı otel və kilsələrdə, eləcə də Neqombo və Battikaloa şəhərlərindəki mehmanxanalarda törədilən terror aktları nəticəsində 359 nəfər həlak olub, 521 nəfər xəsarət alıb. Terakta məsuliyyəti “İŞİD” və “Camaat ət-Tauhid əl-Vataniya” qruplaşmaları öz üzərinə götürüb.