Bu ölkədə sürücülük vəsiqəsini mobil tətbiq əvəz edəcək

bu-olkede-suruculuk-vesiqesini-mobil-tetbiq-evez-edecek
Oxunma sayı: 1527

Danimarkada smartfona qurulmuş xüsusi mobil tətbiq vasitəsilə sürücülük vəsiqəsini göstərmək mümkün olacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, sürücüyə öz sürücülük vəsiqəsinin mövcud olmasını sübut etmək üçün yalnız smartfon lazım olacaq.

Danimarka Maliyyə Nazirliyinin məlumatına görə, sürücülük vəsiqəsi oxşar tərzdə təqdim edilən ilk rəsmi sənəd olacaq.

Həmçinin bildirilib ki, sürücülük vəsiqəsinin rəqəmli versiyasını adi vəsiqə ilə birgə istifadə etmək mümkün olacaq.

Mobil proqramın 2020-ci ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.